"Abşeron Regional Elektrik Şəbəkəsi" MMC yeni ərazi ilk partiya təşkilatı təsis edildi

Tarix: 12.08.2021


11 avqust 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov  küçəsi, 1 ünvanlı ("Abşeron Regional Elektrik Şəbəkəsi" MMC) yeni ərazi ilk partiya təşkilatı təsis edildi, gündəlikdə duran digər məsələlərə baxıldı.

Təsis yığıncağını giriş nitqi ilə açan "Abşeron Regional Elektrik Şəbəkəsi" MMC-nin  rəisi İlqar Orucov, yığıncaq iştirakçılarını salamayaraq, Abşeron Regional Elektrik Şəbəkəsinin fəaliyyəti, strukturu haqqında məlumat verdi. Müəssisədə çalışan işçilər arasında Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunan onlarla fəalın olduğunu bildirdi. Müvafiq ünvan üzrə həmin partiya üzvlərinin təmsil olunacağı yeni ərazi ilk partiya təşkilatının təsis edilməsi və partiyaya üzvlüklə bağlı çoxsaylı müraciətlərin olduğunu diqqətə çatdırdı.

 Sonra YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov partiya üzvlərini salamlayaraq, yığıncaqda geniş nitq söylədi. Yeni Azərbaycan Partiyasının və partiyanın rayon təşkilatının fəaliyyətindən bəhs etdi. Rayon təşkilatı tərəfindən həyata keçirilən çoxsaylı tədbirlərdən danışdı. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə əldə olunan uğurlara diqqət çəkərək iqtisadi, sosial islahatların əhəmiyyətli nəticələri barədə fikir bildirdi.Yeni Azərbaycan Partiyasının VII qurultayı, Qurultayın qərarları və qarşıya qoyduğu vəzifələr barədə ətraflı məlumat verdi. Bu günkü inkişafımızın gələcəkdə ölkəmizə daha böyük uğurlar qazandıracağına və atılan məqsədyönlü addımların mərkəzində vətəndaş amilinin hər zaman ön planda olduğunu, bu sahədə YAP-ın fəal mövqedə dayandığını söylədi. Ramiz Göyüşov yeni yaradılan ərazi ilk partiya təşkilatı barədə fikirlərini bölüşdü, tövsiyyələrini verdi. Partiya üzvlərini bu təşəbbüslərinə görə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzuladı, partiyanın fəaliyyətində yaxından iştirak etməyə çağırdı.

Daha sonra yığıncağın gündəliyində duran birinci məsələ - ərazi ilk partiya təşkilatının təsis edilməsi məsələsi müzakirə edilərək qərar qəbul edildi. Qərara əsasən,Yeni zərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq  Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov  küçəsi, 1 ünvanında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının yeni ərazi ilk partiya təşkilatı yaradıldı. Eyni zamanda yığıncaqda təşkilati məsələlərə baxıldı, sədr və sədr müavini seçildilər. Partiya üzvlərinin yekdil qərarına əsasən Yüksək Gərginlikli Elektrik Avadanlıqlarının Sınağı və İfrat Gərginlikdən Mühafizə xidmətinin rəisi,  Yeni Azərbaycan Partiyasının üzvü Ələsgərov Vaqif Oruc oğlu ərazi ilk partiya təşkilatının sədri, kadrlar üzrə aparıcı mütəxəsis Quliyeva Gülarə Fizuli qızı ilə sədr müavini seçildi. Vaqif Ələsgərov çıxış edərək ona göstərilən etimada görə partiya üzvlərinə təşəkkürünü bildirdi. Bu etimadı doğrultmaq üçün əzmlə çalışacağını diqqətə çatdırdı.

Gündəlikdəki sonuncu məsələyə əsasən Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün müraciət edən şəxslərlə bağlı məsələlər müzakirə olundu və fikir mübadiləsi aparıldı.

Sonda Yeni Azərbaycan Partiyasına yeni üzv olmuş şəxslərin partiya vəsiqələri təqdim olundu.