“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq

Tarix: 28.03.2024

Neftçi”nin iki futbolçusu Azərbaycan Premyer Liqasının XXVIII turunda “Qəbələ” ilə səfər matçını buraxacaq.

Balayevlə yanaşı, əzələ gərilməsi diaqnozu ilə müalicə keçən Mark Tamaş “qırmızı-qaralar”a qarşı oynaya bilməyəcək.

Qeyd edək ki, martın 29-da Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 16:30-da başlayacaq.