06-03-2018 10:52:51

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında Azərbaycanın müasir gənc yazarı Gülnur Aslanın “Anqelos” kitabının təqdimatı keçirilmişdir-FOTOLAR



3 mart 2018-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasının konfrans zalında Mədəniyyət və Turizm Nazirliyi, YUNESKO-nun “İnformasiya hamı üçün” proqramının Azərbaycan Komitəsi, YAP Binəqədi rayon Təşkilatı, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, Azərbaycan Yazıçılar Birliyi yanında “Luç” Ədəbi-Yaradıcı Birliyi və Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvləri olan gənc yazarlarla görüş və kitab təqdimatı keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri, YUNESKO-nun “İnformasiya hamı üçün” proqramının Azərbaycan Komitəsi sədri Lətifə Məmmədova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Humanitar və Sosial Məsələlər şöbəsinin baş məsləhətçisi, partiyanın Siyasi Şurasının üzvü Samirə Quliyeva, Azərbaycan Yazıçılar Birliyinin nəzdində “Luç” Ədəbi-Bədii Birliyinin sədri, professor Tofiq Məlikli, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, tarix elmləri doktoru, yazıçı Musa Quluzadə və başqaları iştirak etmişdirlər.

Tədbirdə fəal ictimai fəaliyyətdə olan gənc yazar, “Mir lyudey” şeirlər məcmuəsinin və “Anqelos” romanının, Azərbaycan estradasında məşhur mahnıların sözlərinin müəllifi Gülnur Aslanın yaradıcılığı haqqında söhbət açılmış və “Anqelos” kitabının təqdimatı keçirilmişdir. Binəqədi rayon MKS-inin fəal oxucularının ifasında Gülnur Aslanın “Obşie çertı” (Elmira Babayeva), “Çitatelyu” (Fərid Cavadzadə) və “Çeloveçek” (Nərmin Sarıyeva) şeirləri səsləndirilmişdir. Gənc yazar olaraq yaradıcılığında sənətkar ocağının bədii irsini davam etdirən, geniş oxucu kütləsinə malik olan və oxucu rəğbəti qazanan Gülnur Aslanın sözlərinə bəstələnmiş mahnılar  səsləndirilmişdir.

Təşkil olunan tədbirin əsas məqsədi gəncləri mədəni və ədəbi fəaliyyətə təşviq etmək və onların yaradıcı potensialını düzgün oriyentasiya etməkdir.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında Azərbaycanın müasir gənc yazarı Gülnur Aslanın “Anqelos” kitabının təqdimatı keçirilmişdir
 
 
 
 
 
Xəbər 299 dəfə oxunub
All rights reserved.