28-08-2017 07:23:37

Binəqədi gənclərinin İDEA Heyvanlara Qayğı Mərkəzinə ekskursiyası təşkil edildi-FOTOLAR

Həmidə Əşrəfovanın layihə təşəbbüsü əsasında Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Bələdiyyəsinin birgə təşkilatçılığı ilə gənclərin İDEA Heyvanlara Qayğı Mərkəzinə ekskursiya təşkil edildi.

Ekskursiyada Binəqədi Rayon İra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlı, Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Rüfət Əhmədov, Xocasən, Biləcəri, M.Ə. Rəsulzadə bələdiyyələrindən əməkdaşlar, layihə rəhbəri Həmidə Əşrəfova, YAP Binəqədi rayon təşkilatının fəal gəncləri və ASAN könüllüləri iştirak ediblər.

Ekskursiyada ilk öncə konfrans zalında mərkəzin direktoru Surxay Şükürov mərkəzin fəaliyyəti, yaranma tarixi, Azərbaycanda sahibsiz heyvanların mövcud vəziyyəti haqqda məlumat verdi. S.Şükürov bildirdi ki, mərkəz 5 hektar ərazini əhatə edir. Martın 1-dən etibarən İDEA Heyvanlara Qayğı Mərkəzi (IACC) rəsmi olaraq fəaliyyətə başlayıb. Mərkəzdə müasir avadanlıqla təchiz olunmuş klinika, it və pişiklər üçün sığınacaq blokları, ayrı karantin blokları, himayə bölməsi, heyvan mehmanxanası və salonu, oyun meydançası, yataqxana, konfrans zalı, kafe və dükan mövcuddur.

Məlum olduğu kimi, İDEA Heyvanlara Qayğı Mərkəzinin təməli 2014-cü ilin oktyabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən qoyulmuşdur. 10 noyabr tarixində isə Leyla Əliyevanın iştirakı ilə kompleksin rəsmi açılışı olmuşdur.

Layihənin həyata keçirilməsində məqsəd heyvanlara qarşı humanist davranışın və məsuliyyətli sahibliyin təşviq edilməsi, cəmiyyətdə heyvanların rifahı haqqında maarifləndirmənin artırılması və Azərbaycanda insanların sahibiz heyvanlara münasibətinin dəyişdirilməsindən ibarətdir.

Daha sonra gənclər mərkəzin ərazisi ilə yaxından tanış olmuş və sahibsiz heyvanlara qayğı göstərmişlər.

Sonda gənclər İcra Hakimiyyətinin adından İDEA Heyvanlara Qayğı Mərkəzinə öz hədiyyələrini təqdim etdilər.

Ekskursiya gənclər tərəfindən böyük maraqla qarşılandı.

 

Binəqədi gənclərinin İDEA Heyvanlara Qayğı Mərkəzinə ekskursiyası təşkil edildi
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər 53 dəfə oxunub
All rights reserved.