11-09-2017 11:04:11

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi yeni formasını təqdim edib


Ağdamın “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Roma” cari mövsüm üçün yeni formasını təqdim edib.

 “Nike” firmasının istehsalı olan qara rəngli forma İtaliya təmsilçisinin bu mövsüm geyinəcəyi üçüncü forma olacaq.

Forma xüsusi “Aeroswift” texnologiyası ilə hazırlanıb.

Qeyd edək ki, “Roma” Çempionlar Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində sentyabrın 27-də Bakıda “Qarabağ”ın qonağı olacaq.

 

 

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)

Xəbər 27 dəfə oxunub
All rights reserved.