11-10-2017 13:31:13

Bakıda rusiyalı fotoqrafın sərgisi açılacaq


Oktyabrın 13-də Bakıda “Nur art house” qalereyasında tanınmış rus fotorəssamı və jurnalisti Svetlana Komkovoyun “Məni çağırırsan, Azərbaycan” adlı eksperimental fotosərgisi açılacaq.

Sərgi müəllifin Azərbaycan təbiəti ilə beşgünlük tanışlığının fotoreportajıdır.

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Fotoqrafları Birliyinin təşkilatçılığı ilə gerçəkləşəcək sərgidə nümayiş edilən əsərlər ölkəmizin unikal mədəniyyəti, böyük şərq xalqlarının irsi ilə sıx şəkildə əlaqəsindən bəhs edir. Sərgidə həvəskar və peşəkar fotoqraflarla yanaşı, hər kəs iştirak edə bilər.

Xəbər 51 dəfə oxunub
All rights reserved.