12-03-2018 09:08:49

OPEC-in baş katibinin Bakıya səfəri gözlənilir



Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindonun Bakıya səfəri gözlənilir.

Energetika Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər martın 17-19-na planlaşdırılır.

Səfər çərçivəsində Azərbaycan ilə OPEC arasında əməkdaşlıq, OPEC+ sazişi çərçivəsində bu münasibətlərin möhkəmləndirilməsi məsələlərinin müzakirə edilməsi nəzərdə tutulur.

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)

Xəbər 95 dəfə oxunub
All rights reserved.