12-03-2018 12:13:04

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında “İctimai təhlükəsizliyin təmin edilməsi” ilə əlaqədar müşavirə keçirilmişdir-FOTOLAR



9 mart 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının akt zalında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun rəhbərliyi ilə rayon ərazisində “İctimai təhlükəsizliyin təmin edilməsi” ilə əlaqədar müşavirə keçirilmişdir.
Müşavirədə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, Hüquq Mühafizə orqanlarının rəhbərləri, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının İnzibati və Sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri, Bələdiyyə sədrləri, Kommunal xidmət sahələrinin rəhbərləri, din xadimləri, İctimai Birliklərin sədrləri və məktəb direktorları iştirak etmişdir.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov müşavirəni açaraq 11 aprel 2018-ci il tarixinə təyin olunmuş Prezident seçkiləri ilə əlaqədar Rayon ərazisində “İctimai təhlükəsizliyin təmin edilməsi” məqsədi ilə görüləcək işlər barəsində tapşırıq və tövsiyyələrini verərək bildirdi ki, prezident seçkilərinə hazırlıq və səsvermə günü strateji əhəmiyyət daşıyan və digər obyektlər gücləndirilmiş iş rejiminə keçirilməli, seçki məntəqlərində seçki sənədlərinin etibarlı saxlanmasını təmin etmək məqsədi ilə məntəqələr dəmir seyflərlə, qapı və pəncərələr dəmir barmaqlıqlarla təmin edilməli, səsvermə günü seçki prosesini pozan və pozmağa cəhd edən, qanuna zid hərəkətlərin qarşısının alınması üçün tədbirlər görülməli, təbliğat-təşviqat kompaniyası dövründə kütləvi tədbirlərin və görüşlərin yalnız bu məqsəd üçün ayrılmış yerlərdə keçirilməsinə nəzarət təmin edilməli, icazəsiz kütləvi tədbirlərin, görüşlərin, yürüşlərin digər bu kimi tədbirlərin qarşısının alınması təmin edilməli, vətəndaşların müraciətlərinə, şikayət və təkliflərinə diqqət və qayğı ilə yanaşılması təmin edilməli, yaşayış yerlərində keçirilən səyyar qəbulların intensivliyi artırılmalı, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin icrası nəzarətə götürülməli, əhalinin elektrik enerjisi, lift təsərrüfatı, istiliklə, təbii qaz və içməli su ilə etibarlı və fasiləsiz təminatı üçün tədbirlər görülməlidir. 
Mövzu ətrafında çıxış edən Binəqədi rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov, 8 saylı Binəqədi birinci dairəsi, Dairə Seçki Komissiyasının sədri Natiq Əliyev, Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Azər Məmmədov, Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı, 284 saylı tam orta məktəbin direktoru Nizami Novruzov, Biləcəri Enerji Təchizatı və Şatışı idarəsinin rəisi Ülvi Həsənov qanunla onların səlahiyyətlərinə aid olan məsələlərin həlli istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barəsində məlumatlar verdilər. 
Sonra Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Rayon ərazisində “İctimai təhlükəsizliyin təmin edilməsi” məqsədi ilə görüləcək işlərlə əlaqədar hazırlanmış Tədbirlər Planını iclas iştirakçılarının diqqətinə çatdırdı.
İçlasın sonunda RİH başçısı Azərbaycan Respublikası Prezidentinin 06 mart 2018-ci il tarixli sərəncamı ilə Respublikanın ictimai həyatında fəal iştirakına görə “Tərəqqi” medalı ilə təltif olunmuş 11 saylı Uşaq Poliklinikasının baş həkimi Məlahət İbrahimovanı təbrik etdi.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında “İctimai təhlükəsizliyin təmin edilməsi” ilə əlaqədar müşavirə keçirilmişdir
 
 
 
 
 
 
 
 
 
 
Xəbər 59 dəfə oxunub
All rights reserved.