13-04-2018 11:40:14

3 iyun Dünya Velosiped Günü kimi qeyd olunacaq



BMT-də yeni bayram təsis edilib: Dünya Velosiped Günü iyunun 3-də qeyd ediləcək. BMT Baş Məclisi aprelin 12-də müvafiq qətnamə qəbul edib.

BMT Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, sənədin müəllifləri hökumətlərə, özəl sektorun təmsilçilərinə və ictimai qurumlara bu günü BMT ilə birlikdə qeyd etməyi, habelə velosipedin təbliğinə kömək göstərməyi təklif edirlər.

Velosiped asanlıqla idarə olunan, qiymətcə münasib, ekoloji cəhətdən təmiz və etibarlı nəqliyyat vasitəsidir, fiziki və psixi sağlamlığı möhkəmləndirməyə kömək edir. Artıq 200 ildir bəşəriyyətin istifadə etdiyi velosiped qətnamədə belə təsvir edilib.

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)

Xəbər 50 dəfə oxunub
All rights reserved.