14-04-2018 11:16:45

Hikmət Babaoğlu: 11 aprel seçkiləri Azərbaycanın ən yeni siyasi tarixinə azad və demokratik seçki kimi düşdü



«Hər bir seçkinin neçə keçdiyini qiymətləndirmək üçün ilk növbədə seçici fəallığına və onların öz münasibətlərini müstəqil formada ifadə edə bilmə imkanlarına diqqət yetirmək lazımdır. Biz 11 aprel 2018-cil ildə baş tutan prezident seçkilərində seçki fəallığının çox yüksək olduğuna şahidlik etdik. Eyni zamanda hər bir seçici açıq və şəffaf formada seçki qutularında öz vətandaşlıq mövqeyini azad şəkildə ifadə etdi. Bu çox mühüm məsələdir və əslində, seçkinin necə keçirildiyini qiymətləndirmək üçün yetərlidir». Bu fikirləri «Yeni Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, 11 aprel seçkiləri Azərbaycanın ən yeni siyasi tarixinə azad və demokratik seçki kimi düşdü.    Ancaq biz bilirik ki, seçki həm də siyasi mədəniyyət və hüquq hadisəsidir. Ona görə də bu məsələlərə də nəzər salmaq lazımdır. Artıq Azərbaycanda milli mental keyfiyyətlərimizə uyğun olaraq xüsusi siyasi mədəniyyət formalaşıb.

«Bu mədəniyyət heç də Qərbin bir sıra köklü demokratik cəmiyyətlərində olan siyasi mədəniyyətdən geri qalmır, hətta bəzi göstəricilrəinə görə onu qabaqlayır. Məsələn, seçki fəallığı bu məsələdə mühüm nümunə kimi ortaya çıxır. Bu da onunla əlaqədardır ki, Azərbaycan xalqı nə qədər mürəkkəb geostrateji bir rayonda yaşadığını bilir və regionu hansı qlobal təhlükələrin təhdid etdiyindən xəbərdardır. Siyasi fəal fərd dərk edir ki, belə çətin şərtlər içərisində Azərbaycanı hər hansı lider deyil, yalnız İlham Əliyev kimi təcrübəli, xüsusi siyasi məktəb keçmiş, dərin strateji biliklərə sahib və milli maraqlarımızı hər şeydən üstün tutmağı bacaran lider idarə edə bilər. Düşünürəm ki, seçki fəallığının bir səbəbi də elə budur. Hüquqi tərəfinə gəldikdə isə, hər bir demokratiya yalnız hüquqa söykənəndə əsaslı və davamlı olur. Yəni hüquq, xüsusilə də siyasi hüquq demokratiyanın keşikçisi və təminatçısıdır. Azərbaycanda isə siyasi hüquqlar digər başqa hüquqlarla birlikdə konstitusion əsaslarda təmin edilib. Seçki hüququ da siyasi hüquqlarımızın tərkib hissəsidir və Azərbaycan vətandaşları bu hüquqlarından da sərbəst şəkildə istifadə edirlər. Ona görə də əminliklə deyə bilərik ki, seçki yüksək səviyyədə təşkil olunmuşdu və yüksək səviyyədə də keçdi»-deyə, millət vəkili vurğulayıb.

http://www.yap.org.az

Xəbər 15 dəfə oxunub
All rights reserved.