08-05-2018 15:07:53

Binəqədi rayonunda Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə “Heydər Əliyev–Dahi Xilaskar” adlı tədbir keçirilmişdir-FOTOLAR



08 may 2018-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi “Cihaz” İB “Sənayecihaz” EİM-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə “Heydər Əliyev–Dahi Xilaskar” adlı tədbir keçirilmişdir.
Tədbirdə “Cihaz” İB baş mühəndisi, baş direktorun 1-ci müavini Siyavuş Əliyev,  YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, təlimatçı Zeynalova Səbinə iştirak edirdilər.
Tədbiri giriş nitqi ilə açan “Cihaz” İB-nin  YAP ərazi ilk partiya təşkilatının sədri Məhəbbət Hümbətov çıxış  edərək bildirdi ki,10 may Heydər Əliyevin anadan olmasının 95- ci ildönümü ilə əlaqədar olaraq bu əlamətdar  tarixdə Azərbaycan xalqı Ulu Öndərin əziz xatirəsini bir daha dərin ehtiramla yad edərək onun bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə xidmət etdiyini , xalq üçün yaşadığını dərin ehtiramla yad edir.
Daha sonra MSN  ”Cihaz” İB  “Sənayecihaz”  EİM – nin  işçisi, YAP-nın  üzvü Əliyev Ümud çıxış edərək Ulu Öndər Heydər Əliyevin tərcümeyi-halı və misilsiz xidmətləri  haqqında danışdı. Qeyd etdi ki,  Heydər Əliyev müasir Azərbaycanın qurucusudur. Bu gün biz Ulu Öndərin həyata keçirdiyi böyük işlərin bəhrəsini görürük.
MSN  “Cihaz” İB  “Sənayecihaz”  EİM-nin Gənc işçisi Bağırov Vasif  öz çıxışı əsasında qeyd etdi ki Ulu Öndərimiz rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə hər zaman qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxardı.
Sonda YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək  Umumilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verdi. Ulu öndər Heydər Əliyevin hər bir Azərbaycanlıya örnək olan müasir tariximizin ən parlaq səhifələrinin yazılmasına şahidlik etmiş mənalı həyatı və zəngin dövlətçilik fəaliyyəti, cəmiyyət həyatının bütün sahələrində onun rəhbərliyi ilə həyata keçirilmiş köklü islahatlardan danışdı.
 Çıxışının sonunda sədr Ramiz Göyüşov bir daha Prezident seçkilərində fəal iştiraklarına görə “Sənayecihaz”EİM-nin işçilərinə təşəkkürünü bildirdi və “Sənayecihaz”EİM-nin əməkdaşı Adil Məmmədovu seçki prosesindəki fəaliyyətinə görə Fəxri fərmanla təltif etdi.
Həmçinin YAP Binəqədi rayon təşkilatı tərəfindən Prezident seçkilərində fəal iştiraklarına görə “Sənayecihaz”EİM-ə ünvanlanan təşəkkürnamənin məzmunu “Sənayecihaz”EİM-in əməkdaşı Afət Əliyeva tərəfindən tədbir iştirakçılarının diqqətinə çatdırıldı.

 

Binəqədi rayonunda Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə “Heydər Əliyev–Dahi Xilaskar” adlı tədbir keçirilmişdir
 
 
 
 
 
 
 
 
 
 
 


Xəbər 184 dəfə oxunub
All rights reserved.