22-06-2018 06:59:16

YAP Binəqədi Rayon təşkilatında “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirilmişdir-FOTOLAR



21 iyun 2018-ci il tarixdə YAP Binəqədi Rayon təşkilatının konfrans zalında “26 iyun- Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Vasif Quliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Dövlət Təhlükəsizlik Xidmətinin Binəqədi Rayon İdarəsinin rəis müavini Famil Məmmədov, Binəqədi Rayon Prokurorunun köməkçisi Nilüfər İslamzadə, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Binəqədi Rayon Polis İdarəsinin Narkomaniya ilə Mübarizə bölməsinin əməkdaşı Elnur Kərimov, həkim-narkoloq Bəhrəm Əhməzov, rayonun tam orta məktəblərinin psixoloqları, səhiyyə işçiləri, bələdiyyələrin ictimai-humanitar sektorların rəhbərləri və içtimai birliklərin rəhbərləri iştirak etmişdir.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tədbiri açaraq bildirdi ki, artıq uzun müddətdir narkomaniya müasir cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biridir. Təəssüflə qeyd etməliyik ki, ağ ölüm adlandırılan bu bəlanın qurbanları bütün dünyada durmadan artır. Natiq narkotikin insan orqanizminə, sağlamlığa, mənəviyyata vurduğu zərərlərdən danışmış, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin umumdövlət işi olmaqla yanaşı umumxalq işi də olduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, yerlərdə “Narkomaniya cəmiyyətin düşmənidir”, “Narkomaniyaya yox deyək” devizi altında əhali arasında təbliğat-təşviqat işləri aparılmış, bu tədbirlərdə əyani vasitələrdən geniş istifadə olunmuşdur. 
Daha sonra çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Vasif Quliyev bildirmişdir ki, BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü” kimi qeyd olunur. Ayrı-ayrı dövlətlər ildən-ilə narkotiklərin qanunsuz dövriyyəsi ilə səmərəli mübarizə üsullarını və narkomanlığın müalicə metodlarını təkmilləşdirmək və bu sahədə yeni mübarizə üsullarını kəşf etmək istiqamətində səylərini artırırlar. Fərdi şəkildə və ya beynəlxalq əməkdaşlıq çərçivəsində bu problemə qarşı birgə mübarizə aparılmasına baxmayaraq, dünya üzrə narkomaniyaya düçar olanların sayı ildən-ilə artmaqdadır. Son illər Respublikamızda narkotik vasitələrə və bihuşedici maddələrə qarşı mübarizə xeyli güclənmiş, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, QHT-lərin, ictimai təşkilatların da fəallığı xeyli artırmışdılar. 
Daha sonra çıxış edənlər Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Binəqədi Rayon Polis İdarəsinin Narkomaniya ilə Mübarizə bölməsinin əməkdaşı Elnur Kərimov və həkim-narkoloq Bəhrəm Əhməzov Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi narkotizm probleminə qarşı mübarizə tədbirləri görülməsinin vacibliyinin ön plana çəkildiyini, narkomaniyaya qarşı mübarizədə dövlət orqanları ilə yanaşı ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradıldığını, dövrümüzün aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadları, ona qarşı mübarizə yolları ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin mütəmadi olaraq aparılmasının vacibliyini qeyd etmişdirlər. Sonra tədbir diskussiya şəkilində davam etdirildi.

YAP Binəqədi Rayon təşkilatında “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirilmişdir
 
 
 
 
 
 
 


Xəbər 51 dəfə oxunub
All rights reserved.