12-10-2018 07:44:10

Xam neftin Azərbaycanın ümumi ixracındakı payı artıb



Bu ilin 9 ayında xam neft və bitumlu minerallardan alınan neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 81,18 faizini, təbii qaz 7,2 faizini, neft məhsulları isə (2710 mal kodu üzrə) 2,98 faizini təşkil edib.

Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Qeyd edək ki, ötən ilin 3 rübündə xam neft ixracının ölkənin ümumi ixracındakı payı 72,24 faiz, təbii qaz 11,4 faiz, neft məhsulları 2,93 faiz olub.

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)

Xəbər 24 dəfə oxunub
All rights reserved.