05-11-2018 08:11:57

Azərbaycanın U-19 millisi gürcüstanlı həmyaşıdları ilə qarşılaşacaq




On doqquz yaşadək futzalçılardan ibarət Azərbaycan yığması noyabrın 10-da və 11-də Tbilisi şəhərində Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.

Oyunlar müvafiq olaraq saat 19:00-da və 13:00-da başlayacaq.

Millimizin heyətində Rauf Rüstəmov, Rəfael Mütəllimov, Ceyhun Nuriyev, Turan Əhmədov, Sabir Həsənov, Nurlan Mehdizadə, Niyaz Əhmədov, Nicat Quluzadə, Kənan Əsədli, Fuad Məmmədzadə, Tofiq Hüseynov, Vladislav Reznov, İqbal Pənahov və Hüseyn Qarayev yer alıblar.

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)





Xəbər 33 dəfə oxunub
All rights reserved.