07-11-2018 06:55:58

Binəqədi rayon İcra Hakimiyyətində “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti ” mövzusunda rayon müşavirəsi keçirilmişdir-FOTOLAR


2018-ci il noyabr ayının 6-da Binəqədi rayon İcra Hakimiyyətinin akt zalında “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti ” mövzusunda rayon müşavirəsi keçirilmişdir.
Müşavirədə ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov, Aparatının məsul əməkdaşları, QİƏD, SİƏD, bələdiyyələrin, Rayonda fəaliyyət göstərən Kommunal xidmət sahələrinin, səhiyyə, təhsil sahəsinin və Fövqəladə Hallar Nazirliyinin, Bakı Regional Mərkəzinin əməkdaşları iştirak edirdi.
Müşavirəni giriş sözü ilə şöbə müdiri Ramiz Göyüşov açaraq yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin qurulmasından, yanğınların qarşısının alınması üçün profilaktik tədbirlərin əhəmiyyətindən, bu sahədə əhali arasında maarifləndirmə işlərinin vacibliyindən danışdı. O, qeyd etdi ki, əhali arasında yanğın təhlükəsizliyinə qarşı, eləcə də dəm qazından boğulma hallarına qarşı izahat işlərinin aparılmasında məktəblərin, eləcə də yaşayış yerlərində MKİS-in və ərazi nümayəndələrinin üzərinə böyük vəzifələr düşür. 
Sonra mövzular üzrə təqdimatlar başlandı.
“Bakı şəhərində 2017-2018-ci illərin müvafiq dövründə yanğın hadisələrinə dair statistik məlumatlar” mövzusunda Binəqədi rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi mayor İsrafil Məmmədov, “Yaşayış massivlərində yanğınların baş vermə səbəbləri” mövzusunda I Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini Ələkbər Məmmədov , “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları” mövzusunda Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin Bölmə rəisi, mayor Tahir Xasıyev , “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları” mövzusunda Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin baş mühəndisi Səməd Hüseynov, “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları” mövzusunda Regional Qaz İstismarı Departamenti Binəqədi Rayonu üzrə texniki istismar Xidmətinin rəisi Aydın Əkbərov, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər və mövcud problemlər” mövzusunda Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Azər Məmmədov, “Yanğın zamanı ilkin tibbi yardım” (2017-2018-ci illər üzrə statistik məlumatlar) mövzusunda Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Binəqədi rayon 9 saylı Köməkçi Yardım stansiyasının baş həkiminin müavini Teyyub Tahirov, “Baş vermiş yanğın hadisələri zamanı ictimai asayişin təşkili” mövzusunda Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi Seyfəddin Ağayev çıxış etdilər. Sonra söz Fövqəladə Hallar Nazirliyi, Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırova verildi. Natiq bu günkü müşavirənin Bakı şəhərindəki sayca dördüncü müşavirə olduğunu vurğulayaraq qeyd etdi ki, bu cür müşavirələrin keçirilməsi artıq ənənəvi xarakter almışdır və əslində FHN-lə yerli icra hakimiyyətlərinin və yerli özünüidarəetmə orqanlarının qarşılıqlı fəaliyyətini əlaqələndirməklə birgə fəaliyyətini müəyyən edir.
O, bu cür tədbirlərin xüsusi əhəmiyyət kəsb etdiyini bildirərək, əsas məqsədin vətəndaşlarımızın həyat və sağlamlığının, dövlət əmlakının və xüsusi mülkiyyətin qorunmasına yönəldiyini vurğuladı.
K. Bağırov çıxışını davam etdirərək qarşıda duran vəzifələr və onların həlli istiqamətində görüləcək işlərdən danışdı və sonda tədbirin təşkilinə görə təşkilatçılara təşəkkürünü bildirdi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov müşavirəyə yekun vurdu.

Binəqədi rayon İcra Hakimiyyətinin akt zalında “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti ” mövzusunda rayon müşavirəsi keçirilmişdir
 
 
 
 
 
 
 
 
 
 
 
 
1 2
 
Xəbər 123 dəfə oxunub

All rights reserved.