06-12-2018 07:58:01

İrəvan teatrı bölgələrə gedir



Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı qastrola yollanır.

Teatrdan bildirilib ki, kollektiv dekabrın 7-dən 19-dək şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” tamaşası ilə Quba, Sabirabad, Laçın (Taxtakörpü), İmişli və Samux rayonlarında qastrol səfərində olacaq.

Teatr dekabrın 12-də ümummilli lider Heydər Əliyevin anım günündə İftixarın “Qalx ayağa, Azərbaycan” tamaşasını Balakəndə təqdim edəcək.

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)

Xəbər 9 dəfə oxunub
All rights reserved.