09-04-2018 06:02:58

Binəqədi rayonunda prezidentliyə namizəd İlham Əliyevin təbliğat materialları seçicilərə paylanılıb-FOTOLAR



Artıq bir neçə gündür ki, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı tərəfindən 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərinə hazırlıq məqsədilə Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş və qeydə alınmış namizəd İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində mütəmadi tədbirlər keçirilir. Silsilə tədbirlər çərçivəsində YAP Binəqədi rayon təşkilatının fəal gəncləri və könüllüləri Binəqədi rayonunda “İlhamla irəli” təşviqat aksiyası keçirib. Gənclər rayonun müxtəlif ərazilərində - parklarda, küçələrdə, yaşayış binalarında olaraq seçicilərlə söhbət aparıb, onlara YAP Mərkəzi Seçki Qərargahı tərəfindən hazırlanmış İlham Əliyevin seçki proqramını, seçkiqabağı platformasını əks etdirən bukletləri və digər təbliğat-təşviqat materiallarını paylanılıb. Həmçinin seçicilərə İlham Əliyevin son 14 ildə respublikamızda gördüyü möhtəşəm işlərdən, tarixi naliyyətlərdən, dövlətimizin artan qüdrətindən, ölkəmizin simasının bütünlükdə dəyişməsindən, insanların həyatının yaxşılaşmasından bəhs edən məlumatlandırıcı bukletlər təqdim edilib, onlara ətraflı məlumatlar verilib.

Gənc fəallar seçicilərin diqqətinə çatdırıblar ki, son 14 il ərzində Azərbaycanın əldə etdiyi uğurların əsasında dövlət başçısı cənab İlham Əliyev tərəfindən görülən işlər, həyata keçirilən islahatlar dayanır. Bütün uğurların təməlini isə güclü iqtisadi inkişafımız və davamlı sabitliyimiz təşkil edir. Dövlət təhlükəsizliyinin ən yüksək səviyyədə təmin edilməsi isə dövlət siyasətinin prioritetlərindəndir. Azərbaycan xalqının ölkə Prezidenti, YAP-ın sədri İlham Əliyevə etimadı, inamı və etibarı son 14 il ərzində həyata keçirilən siyasətlə də daha da möhkəmlənib.

Aksiyaya qoşulan gənclər seçicilər tərəfindən səmimiyyətlə qarşılanıb, onlar bukletlər və digər təbliğat-təşviqat materialları ilə yaxından tanış olublar. İlham Əliyevin ölkəmizin daha da qüdrətlənməsi, çiçəklənməsi istiqamətindəki siyasətini alqışladıqlarını və qarşıdan gələn Prezident seçkilərində məhz İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Aksiya xoş təəssüratlarla başa çatıb.

 

Binəqədi rayonunda prezidentliyə namizəd İlham Əliyevin təbliğat materialları seçicilərə paylanılıb
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər 175 dəfə oxunub
All rights reserved.