29-10-2018 13:10:52

YAP Binəqədi rayon təşkilatında partiyaya üzv olmaq üçün müraciət etmiş şəxslərlə görüş keçirildi-FOTOLAR



Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında partiyaya üzv olmaq üçün müraciət etmiş şəxslərlə görüş keçirildi. Görüşdə YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, təşkilatın əməkdaşları, partiyaya üzv olmaq üçün müraciət etmiş şəxslər və aidiyyatı üzrə ərazi ilk partiya təşkilatlarının rəhbərləri iştirak etdilər.

Görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov ölkəmizdə və dünyada baş verən ictimai-siyasi, iqtisadi proseslərə diqqət yönəltdi. Bildirdi ki, Azərbaycan regionun aparıcı bir ölkəsi olaraq daim inkişaf edir və bu inkişaf göstəriciləri ilə bütün dünyaya nümunədir. Təbii ki, ölkəmizin çoxsaylı uğurlarının arxasında Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət kursu dayanır. Məhz dövlət başçısının praqmatik, düşünülmüş və uzaqgörən addımları ilə Azərbaycan bütün sahələrdə öz nüfuzunu qoruyub-saxlayır və uğurlu inkişafına davam edir.

Partiyanın rayon təşkilatının sədri çıxışında Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, onun siyasi fəaliyyətindən, strukturundan, həyata keçiridiyi uğurlu tədbirlərdən və layihələrdən geniş söhbət açdı. O, partiyaya üzv olmaq üçün müraciət etmiş şəxslərlə ətraflı söhbət apararaq, onlara partiyanın fəaliyyətində hər zaman fəal olmağı tövsiyyə etdi. Diqqətə çatdırdı ki, YAP ölkəmizin çox çətin dövlərində yaranıb və xalqımızın istək, arzularını özündə əks etdirib. Bu gün YAP-ın fəaliyətinin dinamik inkişafı məhz ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi xəttin uğurla davam etdirilməsinin nəticəsidir.

Görüşdə çıxış edənlər YAP-a üzv olmaq istəklərinin dövlət başçısı, YAP-ın sədri cənab İlham Əliyevin dövlətimizin və xalqımızın maraqlarına xidmət edən uğurlu siyasətinə verilən dəstəyin təzahürü olduğunu bildirdilər. Onlar YAP-a üzv olmağın mühüm bir missiya olduğunu və bu adı şərəflə daşıyacaqlarını qeyd etdilər. Ölkə başçısı cənab İlham Əliyevə daim dəstək olacaqlarını bildirdilər. Görüşdə iştirak edən gənclər isə öz çıxışlarında gələcəkdə YAP-ın həyata keçirdiyi tədbirlərdə fəal iştirak etmək arzusunda olduqlarını və öz təşəbbüskarlıqları ilə seçiləcəklərini vurğuladılar.

Görüşün sonunda Ramiz Göyüşovla üzvlüyə namizədlər arasında müxtəlif mövzular ətrafında geniş fikir mübadiləsi aparıldı.

YAP Binəqədi rayon təşkilatında partiyaya üzv olmaq üçün müraciət etmiş şəxslərlə görüş keçirildi
 
 
 
 


Xəbər 118 dəfə oxunub
All rights reserved.