06-11-2018 11:42:05

YAP Binəqədi rayon təşkilatının ərazi ilk partiya təşkilatında “Bayrağımız qürur mənbəyimizdir “adlı tədbir keçirildi-FOTOLAR



05 noyabr 2018 ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Bakı şəhəri, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi 1 ünvanında (179 nömrəli tam orta məktəb) yerləşən ərazi ilk partiya təşkilatında Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayrağımız qürur mənbəyimizdir “adlı tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan 179 nömrəli tam orta məktəbin direktoru  Bəyaz Novruzova  bütün qonaqları salamladı və bu əlamətdar gün münasibətilə hər kəsi təbrik etdi. Çıxışında bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Onun sözlərinə görə bayraq - bir ölkəni təmsil edən, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır. Azərbaycan Respublikası 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatının üzvlüyünə qəbul edilib. Bu gün həmin təşkilatın Nyu-Yorkdakı iqamətgahının qarşısında dünyanın 180-dən artıq müstəqil dövlətin bayraqları ilə bir sırada Azərbaycan bayrağı da dalğalanmaqdadır. Azərbaycan Respublikası bu gün üçrəngli milli, dövlət bayrağımız altında müstəqillik yolları ilə inamla irəliləyir.

Çıxış edən məktəbin məzunu, Bakı Dövlət Univerisitetinin tələbəsi Zəhra Əliyeva hamını salamladı. Azərbaycan xalqının bayrağını, dövlətini sevən, yeri gəldikdə isə bayraq üçün canından belə keçməyə hazır olan Ramil Səfərov kimi oğullarının olduğunu bildirdi. Dövlətini, bayrağını təhqir edən hər bir kəsə aman vermədən səbr nümayiş etdirmədən onu məhv etməyə hazır olan gənclərimizin həmişə var olduğunu qeyd etdi.

Sonda çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov hamını salamladı və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allah verdiyevin salamlarını və təbriklərini çatdırdı. Bildirdi ki, bu məktəb cənab prezident İlham Əliyevin birbaşa nəzarəti və təşəbüsü əsasında tikilmişdir. Bu münasibətlə müəllimləri, valideyinləri və şagirdləri təbrik etdi və onlara uğurlar arzuladı. 1990-cı illərdə Azərbaycan bayrağına qarşı zidiyyətlər var idi. İndi isə hamı böyük fəxarət hissi ilə bu bayrağı dalğalandırır. Dövlət müstəqilliyimizin elan olunmasından əvvəl, sovet hakimiyyətinin hələ mövcud olduğu dövrdə xalqımızın böyük oğlu Heydər Əliyev Naxçıvanda üçrəngli Azərbaycan bayrağını ucaltmışdı. 1990-cı il iyulun 22-də xalqımızın dahi oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana və böyük siyasətə qayıdışı Naxçıvandan başlanan milli dirçəliş prosesinin bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması ilə müşayiət olunmağa başlamışdı. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisi müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etdi. Azərbaycan Respublikasının Dövlət bayrağı ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilmişdir. Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə Prezident İlham Əliyev  2009-cu il noyabrın 17-də  "Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında" sərəncam imzalamışdır. Bu sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Sonda YAP Binəqədi rayon təşkilatının ictimai-siyasi həyatında fəalı iştirak edən şəxslər fəxri fərmanla təltif olundular və xatirə şəkli çəkildi.

Tədbirin bədii hissəsində bir-birindən maraqlı nömrələrlə çıxış edən məktəbin istedadlı şagird kollektivi bayraq və vətənpərvərlik haqqında şeirlər, mahnılar və səhnəciklər nümayiş etdirdilər.

YAP Binəqədi rayon təşkilatının ərazi ilk partiya təşkilatında “Bayrağımız qürur mənbəyimizdir “adlı tədbir keçirildi
 
 
 
 
 
 
 
 
 
 
 
 
1 2


Xəbər 352 dəfə oxunub
All rights reserved.