08-11-2018 06:04:00

YAP Binəqədi rayon təşkilatının ərazi ilk partiya təşkilatında 9 Noyabr – “Dövlət Bayrağı Günü”nə həsr olunmuş tədbir keçirildi-FOTOLAR



06 noyabr 2018-ci il tarixdı Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Bakı şəhəri, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 3123-cü məhəllə ünvanında yerləşən ərazi ilk partiya təşkilatında 9 Noyabr – “Dövlət Bayrağı Günü”nə həsr olunmuş tədbir keçirildi.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlandı.

Daha sonra çıxış edən ərazi ilk partiya təşkilatının sədri, 138 saylı körpələr evi-uşaq bağçasının müdiri Sehranə Qasımova bütün tədbir iştirakçılarını salamladı. Ərazi ilk partiya təşkilatında əlamətdar günlərlə bağlı mütəmadi olaraq tədbirlərin keçirildiyini və partiya üzvlərinin bu tədbirlərdə fəal iştirak etdiklərini diqqətə çatdırdı. Eyni zamanda bağçada tərbiyə alan uşaqlara dövlətçilik, millətçilik, vətənpərvərlik hisslərinin aşılanması istiqamətində davamlı işlərin görüldüyünü, bu cür tədbirlərin bədii hissələrində məhz uşaqların istedadlarından, bacarıqlarından yararlandıqlarını bildirdi. Ərazi ilk partiya təşkilatında bu cür tədbirlərin davamlı olacağını və ictimai proseslərdə bundan sonra da daha fəal olacaqlarını vurğuladı.

Tədbirdə geniş nitq söyləyən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışdı. Cəmiyyətimizdə, xüsusilə uşaqlarda və gənclərdə vətənpərvərlik hisslərinin daha da yüksəldilməsi, onların vətənə, millətə bağlı övladlar olaraq yetişdirilməsinin qarşımızda duran ən mühüm və müqəddəs vəzifələrdən biri olduğunu söylədi. Vətənə xidmət, dövlətin atributlarına ehtiram və sevgi daim yaşadılmalı və gələcək nəsillərə ötürülməlidir. Ramiz Göyüşov Sovet hakimiyyəti illərində Azərbaycan bayrağına qarşı olan müxəlif təqiblərdən bəhs etdi. Bildirdi ki, o zaman bayrağımızı dalğalandırmağa, ondan istifadəyə imkan verilmirdi. Hətta bunu edənlərə qarşı cəza tədbirləri görülürdü. Lakin müstəqilliyimizin bərpasından sonra dövlət bayrağımızdan istifadə və onun ən yüksək kürsülərdə dalğandırılmasına əsaslı zəmin yarandı. İlk dəfə isə ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin binasında Azərbaycanın dövlət bayrağını dalğalandırması bu müqəddəs missiyanın əsasını və ənənəsini qoymuş oldu. Bu gün də bayrağımız ölkəmizdə və ölkəmizdən kənarda keçirilən bütün beynəlxalq tədbirlərdə, yarışlarda qürurla dalğalandırılır. Natiq daha sonra 9 noyabr tarixi haqqında arayış verdi və söylədi ki, 9 noyabr tarixinin Dövlət Bayrağı Günün kimi təsis edilməsi və hər il təntənəli qeyd edilməsi bayrağımıza olan yüksək sevgidən və ehtiramdan xəbər verir. Məhz Azərbaycan prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra tədbir bədii hissə ilə davam etdirildi. Bədii hissədə ərazi ilk partiya təşkilatının istedadlı üzvlərinin və uşaqların ifasında müxtəlif şeirlər, mahnılar, rəqslər  - Azərbaycanın bütün tarix dövrlərini özündə əks etdirən “Qobustan”, “Babək”, “Xanlıqlar”. “Cümhuriyyət”, “Parlament”, “Xarı Bülbül” tamaşaları nümayiş etdirildi, “Bayraq” rəqsi, dövlət bayrağının zala daxil olması ilə “Yaşa Azərbaycan” mahnısı ifa edildi.

Tədbiri sonunda tort kəsildi, xatirə şəkli çəkdirildi.

YAP Binəqədi rayon təşkilatının ərazi ilk partiya təşkilatında 9 Noyabr – “Dövlət Bayrağı Günü”nə həsr olunmuş tədbir keçirildi
 
 
 
 
 
 
 
 
 
 


Xəbər 239 dəfə oxunub
All rights reserved.